Almaniya arzusu aldatılmış ümüdlər..
BAKIDA ALMANİYA VƏDLƏRİ İLƏ BAĞLI ŞİKAYƏTLƏR: “First Academy AZ” MMC VƏ RƏHBƏRİ VÜSAL QƏRİBOV İLƏ ƏLAQƏDAR İDDİALAR ARAŞDIRILIR
Bakının mərkəzində fəaliyyət göstərən “First Academy AZ” MMC və şirkətin rəhbəri Vüsal Qəribov barəsində redaksiyamıza bir sıra vətəndaş müraciətləri daxil olub. Müraciətlərdə Almaniyada təhsil və peşə proqramları, eləcə də Alman dili kursları ilə bağlı vədlərin yerinə yetirilmədiyi iddia olunur.
Xırdalan şəhər sakinləri İmaməddin Rəfael oğlu Əliyev və həyat yoldaşı Aidan Xəqani qızı Əliyeva bildirirlər ki, sosial şəbəkələrdə yayımlanan reklamlar əsasında şirkətə müraciət edib, ümumilikdə 2000 manat məbləğində ödəniş həyata keçiriblər.
Şikayətçilərin sözlərinə görə, ödənişin bir hissəsi nağd şəkildə, digər hissəsi isə onlara təqdim edilən bank kartına köçürülüb. Onlar iddia edirlər ki, həyata keçirdikləri ödənişlərlə bağlı bütün hallarda rəsmi maliyyə sənədləri təqdim edilməyib.
Vətəndaşlar həmçinin bildirirlər ki, müqavilənin tələsik imzaladıldığını, vəd edilən xidmətlərin tam həcmdə göstərilmədiyini və Almaniyaya göndərilmə ilə bağlı nəticə əldə olunmadığını qeyd edirlər. Onların sözlərinə görə, ödənilən vəsaitin geri qaytarılması tələbi də təmin edilməyib.
Məsələ ilə bağlı “First Academy AZ” MMC-nin rəhbəri Vüsal Qəribovla əlaqə saxlanılıb. O, fəaliyyətlərinin tam qanuni olduğunu və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib.
Referans Media olaraq, təqdim olunan iddiaların hüquqi qiymətinin verilməsi və faktların araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının məsələyə münasibət bildirəcəyini gözləyirik.
Qeyd edək ki, yazıda yer alan məlumatlar vətəndaş müraciətlərinə və təqdim edilmiş sənədlərə əsaslanır. Qarşı tərəfin əlavə mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk..

