"BU MƏNİM SON XƏBƏRDARLIĞIMDIR!" – Cəlal Qurbanovdan "qırmızı xətti" keçənlərə sərt cavab!
kampaniyalarına kəskin reaksiya verib.
Dörd ildir səbrlə müşahidə etdiyi proseslərin artıq "qırmızı xətti" keçdiyini bildirən Cəlal Qurbanov, xüsusilə şəhid ailələrinin adının çirkin kampaniyalara alət edilməsinə dözməyəcəyini bəyan edib: "Şəhid analarının, şəhid xanımlarının və şəhid ailələrinin müqəddəs adına kölgə salınmasına susmaq olmaz. Mənim adımı bu çirkin niyyətli kampaniyalara qataraq öz məqsədlərinə çatmağa çalışdılar."
Məhkəmə yolu ilə hüquqi mübarizə
Cəlal Qurbanov bildirib ki, ona və ailəsinə qarşı səsləndirilən böhtanlarla bağlı artıq hüquqi müstəvidə addım atılıb və məhkəməyə müraciət edilib: "Əlimizdə olan faktlar və sübutlar əsasında vəkilimiz vasitəsilə məhkəməyə müraciət etmişik. Xətai Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarları bir daha göstərdi ki, Azərbaycanda qanun və ədalət öz yerini tapır."
"12-ci top" və sildirilən müsahibələr
Cəlal Qurbanov mətndə Tərtər hadisələri ilə bağlı sualı yenidən gündəmə gətirib: "Öz çıxışında Tərtər hadisələri zamanı '12-ci topu mən atmışam' deyən 'qəhrəman müğənni' həmin topun hansı istiqamətdə, hansı şəraitdə və kimin icazəsi ilə atıldığını izah edə bilərmi?"
"Susmağım zəiflik deyil"
Cəlal Qurbanov son xəbərdarlığını edərək bildirib ki, bu çirkin kampaniya davam edərsə, faktlar və adlar ictimaiyyətə açıqlanacaq: "Dörd il ərzində susmağımı zəiflik hesab etməyin. Bu, ailə tərbiyəmdən və məsuliyyətimdən irəli gəlirdi. Lakin bu kampaniya davam edərsə, bu işdə əli olan şəxslərin adlarını və bütün faktları ictimaiyyətə təqdim edəcəyəm. Şəhid ailələri bizim qırmızı xəttimizdir!"
Cəlal Qurbanov sonda vurğulayıb ki, həqiqət nə sifarişli yazılarla dəyişir, nə də məlumatları sildirməklə yox olur. O, özünün qanuna və ədalətə olan inamını bir daha ifadə edib.

