Azad Media Susdurula Bilməz!
TƏBİB və Yevlax Mərkəzi Xəstəxanasının operativ yanaşmasına görə təşəkkür bildirildi
təşəkkür

TƏBİB və Yevlax Mərkəzi Xəstəxanasının operativ yanaşmasına görə təşəkkür bildirildi

Vətəndaş müraciəti əsasında Yevlax Mərkəzi Xəstəxanasında müalicə alan İsmayılova Hədiyyə Ənvər qızının sağlamlıq vəziyyəti ilə bağlı qaldırılan məsələyə operativ reaksiya verilməsi və görülən tədbirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
Bakufakt Media olaraq bildiririk ki, müraciətdən sonra məsələnin diqqətə götürülməsi, xəstənin vəziyyətinin nəzarətdə saxlanılması, tibbi və təşkilati məsələlərin çevik qaydada araşdırılması ailə tərəfindən yüksək qiymətləndirilmişdir.
Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq göstərilən həssas münasibət, tibbi xidmətin təşkili və yaranmış narahatlığa operativ yanaşma vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək istərdik ki, ölkə rəhbərliyinin müəyyən etdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri də səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılmasıdır. Dövlət başçısının rəhbərliyi ilə son illərdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi idarəetmədə tətbiq olunan yeniliklər, vətəndaş məmnunluğuna əsaslanan xidmət modelinin formalaşdırılması və səhiyyə infrastrukturunun gücləndirilməsi bu siyasətin əsas tərkib hissələrindəndir. Vətəndaş müraciətlərinə həssas yanaşılması, operativ qərarların qəbul olunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar aparılan islahatların praktik nəticəsi kimi dəyərləndirilə bilər.
Bununla yanaşı, xüsusi vurğulamaq istərdik ki, Vətən Müharibəsi iştirakçılarının, veteranların və onların ailə üzvlərinin sosial rifahının, sağlamlığının və dövlət qayğısı ilə əhatə olunmasının təmin edilməsi ölkədə həyata keçirilən sosial siyasətin əsas prioritet istiqamətlərindən biridir. Bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və həssas münasibət dövlətin insan amilinə verdiyi dəyərin, sosial ədalət prinsipinin və vətəndaş yönümlü idarəetmə modelinin mühüm göstəricilərindən hesab olunur. Xüsusilə Vətən Müharibəsi iştirakçılarının ailələrinin müraciətlərinə operativ yanaşılması və onların sosial-məişət və tibbi məsələlərinə həssas münasibət göstərilməsi dövlətin bu istiqamətdə həyata keçirdiyi qayğı siyasətinin real təzahürü kimi qiymətləndirilir.
Bakufakt Media olaraq, müraciətə göstərilən diqqətə, məsələnin operativ araşdırılmasına və həssas yanaşmaya görə TƏBİB rəhbərliyinə, Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyinə və bütün tibb heyətinə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bakufakt : Rəşad Bloch.

IRON MAX AZERBAIAN