Haqqımızda
Bakufakt MMC fəaliyyətinin əsas məqsədi Vətəndaşlara psixoloji, hüquqi, tibbi dəstək olmaq, şəhərdə və reqionlarda yaşayan qadınların özlərinə inam yaratmaq, maarifləndirmə işlərinin aparılması, cəmiyyətə inteqrasiya olmalarında dəstək göstərməkdir.
- Vətəndaşlara mədəni tədbirlərdə (teatr,sərgilər,ekskursiyaların təşkili) iştirakını təmin etməli;
- Mədəniyyət, iqtisadiyyat, azad informasiya sahələrində dəyərlərin təşviq edilməsi;
- Gender bərabərliyinin təmin edilməsi;
- Qanunun aliliyinin təmin edilməsi, dövlət hakimiyyətinin demokratik prinsiplərə uyğun formalaşdırılmasına yardım göstərilməsi;
- Azərbaycanda iqtisadi və ictimai inkişafı, habelə bununla bağlı islahatları dəstəkləmək və yardım göstərmək;
- Gənclərin təhsilinə və ixtisas artımasına, cəmiyyətin siyasi maariflənməsinə dəstək vermək.
- Gender bərabərliyinin təmin edilməsi sahəsində müxtəlif maarifləndirici tədbirlər təşkil etmək;
- Vətəndaşların peşə və ixtisasının artırılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək;
- Qadınlarının, uşaqların, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərinin həlli üçün işçi qruplar yaratmaq, sorğular keçirmək, təhlillər aparmaq;
- Qanunvericiliyin təkmilləşdirilməsi, qanun və digər normativ hüquqi aktların, beynəlxalq konvensiyaların ictimai müzakirəsini təşkil etmək, onların icrasının monitorinqini aparmaq;
- Müxtəlif seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək;
- Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək;
- Vətəndaşlar, uşaqlar və yeniyetmə gənclər arasında maarifləndirmə işlərinin aparılmasını təmin etmək.