Azad Media Susdurula Bilməz!
Məmur özbaşınalığı: 20 milyonluq dərman şirkəti qanunsuz yollarla 300 min manata ələ keçirilib?
hüquq qanun

Məmur özbaşınalığı: 20 milyonluq dərman şirkəti qanunsuz yollarla 300 min manata ələ keçirilib?

Artıq bir ildən çoxdur ki, iş xanımı Mahirə Əsədovanın illərlə öz zəhməti, əziyyəti və böyük maliyyə yatırımları hesabına qurub inkişaf etdirdiyi "SonarFarım" dərman şirkətinin Robert Əyyubov tərəfindən zəbt edildiyi iddia olunur.
Mahirə Əsədovanın sözlərinə görə, bazar dəyəri təxminən 20-21 milyon manat olan şirkətin cəmi 300 min manata alqı-satqı predmetinə çevrilməsi nə iqtisadi, nə də məntiqi baxımdan izah oluna bilər.
"Ağlı başında olan heç bir insan 20-21 milyon manat dəyərində olan bir şirkəti 300 min manata satmaz. Burada müəyyən qanunsuzluqların olduğu və şirkətin məmur gücü hesabına sahibkarın əlindən alınması açıq-aşkar göz önündədir", – deyə Mahirə Əsədova bildirir.
Onun iddiasına görə, şirkətin əlindən alınması prosesində müəyyən vəzifəli şəxslərin səlahiyyət və nüfuzundan istifadə olunub, sahibkarın mülkiyyət hüquqları kobud şəkildə pozulub. Məsələ ilə bağlı bir ildən artıq müddətdə aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və digər instansiyalara çoxsaylı müraciətlər və şikayətlər təqdim olunsa da, bu günə qədər işin nəticəsi və şirkətin hüquqi taleyi barədə ictimaiyyətə hər hansı aydın məlumat verilməyib.
İddialar təsdiqini tapacağı təqdirdə, bu hadisə ölkədə sahibkarlıq hüquqlarının müdafiəsi, investisiya mühitinin etibarlılığı və məmur özbaşınalığına qarşı mübarizə baxımından ciddi narahatlıq doğuran hallardan biri kimi qiymətləndirilə bilər. İctimaiyyət isə səsləndirilən iddiaların hərtərəfli, obyektiv və şəffaf araşdırılmasını, qanunsuzluqlara yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyir.

Bakufakt.az 

IRON MAX AZERBAIAN