Azad Media Susdurula Bilməz!
Keçmiş münasibətdə olduğu şəxs hədə qorxu gələrək pulunu mənimsədi.
KRİMİNAL

Keçmiş münasibətdə olduğu şəxs hədə qorxu gələrək pulunu mənimsədi.

Şərti olaraq Aygün (ad şərtidir) adlı qadın bildirib ki, əvvəllər şəxsi münasibətdə olduğu Muxtarov Fayiq Taleh oğlu tərəfindən təzyiq və hədə-qorxu ilə üzləşib. İddialara görə, hadisə Bakı şəhərinin Yasamal rayonu ərazisində baş verib.
Qadının sözlərinə görə, münasibət bitdikdən sonra qarşı tərəf ona müxtəlif formada hədə-qorxu gəlib, təzyiqlər göstərib.

Müraciətdə qeyd olunur ki, adı çəkilən şəxs narkotik maddə istifadəçisi olub və bir neçə dəfə narkotikin təsiri altında qadına qarşı zorakılıq və işgəncə xarakterli hərəkətlər edib.
Eyni zamanda iddia edilir ki, qadının şəxsi məlumatlarından istifadə olunaraq müxtəlif onlayn platformalar vasitəsilə onun adına pul vəsaitləri götürülüb. Bildirilir ki, həmin vəsaitlərin narkotik maddələrin alınmasına sərf edildiyi ehtimal olunur.

Zərərçəkmiş məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

IRON MAX AZERBAIAN