Azad Media Susdurula Bilməz!
M10-da ciddi problem: vətəndaş bu gündən etibarən öz pulunu çıxara bilmir – Cavabdeh KİMDİR ?
cəmi̇yyət

M10-da ciddi problem: vətəndaş bu gündən etibarən öz pulunu çıxara bilmir – Cavabdeh KİMDİR ?

Newsbaku.az saytının redaktoru Emil Müzəffərli yazır : Bu gündən etibarən M10 elektron pul kisəsindən istifadə edən çoxsaylı vətəndaşlar ciddi problemlə üzləşiblər. Redaksiyamıza daxil olan müraciətlərə əsasən, M10 sistemində yaranmış texniki nasazlıq səbəbindən istifadəçilər öz vəsaitlərini çıxara, köçürə və gündəlik maliyyə əməliyyatlarını həyata keçirə bilmirlər.

Söhbət qısa müddətli və əhəmiyyətsiz texniki problemdən getmir. Vətəndaşlar İDDİA edirlər ki, M10 elektron pul kisəsində saxlanılan vəsaitlər bu gündən etibarən faktiki olaraq istifadəsiz qalıb. Heç bir əvvəlcədən xəbərdarlıq və konkret izahat verilmədən yaranan texniki nasazlıq insanların gündəlik həyatına birbaşa təsir göstərir. Müraciət edən şəxslərin sözlərinə görə, texniki nasazlıq səbəbindən dərman almaq, kommunal xərcləri ödəmək, kirayə haqqını köçürmək və digər zəruri ödənişləri həyata keçirmək mümkün deyil. Bu vəziyyət vətəndaşları ciddi maliyyə və sosial çətinliklərlə üz-üzə qoyub.

Ən ciddi sual isə açıq qalır: vətəndaş öz şəxsi vəsaitindən istifadə edə bilmirsə, onun təcili ehtiyaclarını bu müddət ərzində kim qarşılayacaq? Texniki nasazlıq fonunda yaranan maddi zərərin məsuliyyəti hansı qurumun üzərinə düşür? Şikayətçilər bildirirlər ki, M10-un müştəri xidməti ilə əlaqə saxlamağa çalışsalar da, ya cavab ala bilmirlər, ya da problemin aradan qaldırılacağı tarixlə bağlı qeyri-müəyyən məlumatlar verilir.

Konkret vaxt çərçivəsinin açıqlanmaması və rəsmi mövqenin olmaması narazılığı daha da artırır.

Elektron pul kisəsi kimi fəaliyyət göstərən bir platformada bu miqyasda texniki nasazlığın baş verməsi və vətəndaşların vəsaitlərinə çıxışının məhdudlaşması ciddi ictimai narahatlıq doğurur. M10 bu gündən etibarən yaranmış vəziyyətlə bağlı cəmiyyətə aydın və dolğun açıqlama verməlidir.

Vətəndaşlar haqlı olaraq cavab gözləyir: Texniki nasazlığın səbəbi nədir?

Problem nə vaxt aradan qaldırılacaq? Bu müddətdə vətəndaşlara dəyən maddi zərərin kompensasiyası nəzərdə tutulurmu?

Newsbaku.az olaraq məsələni diqqətdə saxlayırıq və M10 tərəfindən veriləcək hər hansı rəsmi açıqlamanı oxuculara təqdim edəcəyik. Lakin mövcud vəziyyətdə məsuliyyət birbaşa M10-un üzərindədir və bu məsələ ictimai nəzarətdən kənarda qalmayacaq.

IRON MAX AZERBAIAN