Gənc İdmançıya yüksək dəstək Omar Borcəli daxili işlər naziri general - polkovnik Vilayət Eyvazova təşəkkür edib.
Vətən müharibə iştirakçısı, ehtiyatda olan çavuş Borcəliyev Rəşad Babək oğlunun övladı Omar Borcəliyə dəstək göstərilməsi barədə daxili işlər naziri, general - polkovnik Vilayət Eyvazova ünvanladığı müraciətə cavab verilib. Belə ki, müraciətdən qısa müddət sonra Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Eduard Məmmədovla görüş olub. Görüş zamanı bildirilib ki, Borcəli Omar bundan sonra DİN-nin İdman Cəmiyyətində məşqlərə davam edəcək və müxtəlif turnirlərdə, yarışlarda onun iştirakına şərait yaradılacaq.
Vətən müharibə iştirakçısı, ehtiyatda olan çavuş Borcəliyev Rəşad müraciətə operativ şəkildə reaksiya verildiyinə görə daxili işlər naziri general - polkovnik Vilayət Eyvazova və tapşırığın icrasındakı operativliyə görə İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Eduard Məmmədova təşəkkür edib:
“Cənab nazir, Azərbaycanda hüququn aliliyinin təmini, hüquqpozmalara qarşı mübarizədə rəhbərlik etdiyiniz nazirliyin fəaliyyətini yüksək qiymətləndirir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Fəaliyyətiniz dönəmində atdığınız təqdirəlayiq addımlar, həmçinin şəxsi heyətin peşəkarlığının artırılması, idman nailiyyətlərinin qazanılması üçün görülən işlər barədə bütün ictimaiyyət məlumatlıdır. Övladım Borcəli Omarla bağlı etdiyim müraciətə biganə qalmayaraq qısa müddətdə dəstək üçün real addımların atılması barədə verdiyiniz tapşırığa uyğun olaraq bizimlə görüş keçirilib və bildirilib ki, Omar Borcəli İdman Cəmiyyətində məşqlərə davam edəcək, onun yarışlarda iştirakına şərait yaradılacaq.
Bu barədə verilən qərar rəhbərlik etdiyiniz nazirlik və şəxsən Sizin ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğının inkişaf siyasətinin bəriz nümunəsidir. Xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsində Daxili İşlər Nazirliyinin atdığı addımların təqdirəlayiq olduğunu vurğulayır, fəaliyyətinizdə uğurlar arzulayırıq”.

