Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyev, Federasiyanın prezidenti Orxan Əliyev, vitse-prezidenti Eduard Məmmədov, böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Telman Məhərrəmov, yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hikmət Hacıyev, eləcə də 2025-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısı Elvin Məmmədov, Rafiq Babazadə, Surət Qarayev və Əli Hüseynov iştirak ediblər.
Tədbir çərçivəsində “İlin ən yaxşı məşqçisi” nominasiyası üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hikmət Hacıyev, “İlin ən yaxşı kişi idmançısı” nominasiyası üzrə isə ikiqat dünya və Avropa çempionu Elvin Məmmədov mükafatlandırılıb. Elvinin şəxsi məşqçisi dəfələrlə dünya və Avropa çempionu olmuş, federasiyanın vitse-prezidenti Eduard Məmmədovdur.
Təltif olunanları təbrik edir, Azərbaycan kikboksinqinə yeni uğurlar arzulayırıq!

