Azad Media Susdurula Bilməz!
AR Elm və Təhsil Nazirliyi: Hörmətli məktəb direktorları...
cəmi̇yyət

AR Elm və Təhsil Nazirliyi: Hörmətli məktəb direktorları...

Hörmətli məktəb direktorları,

“Rəqəmsal məktəb” platformasında valideyn məmnuniyyətinə dair sorğunun nəticələri ümumtəhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və idarəetmə qərarlarının formalaşdırılması üçün əsas göstəricilərdən biridir.

Sorğunun 19 dekabr tarixindən istifadəyə verilməsinə baxmayaraq, hazırda valideynlərin iştirak səviyyəsi çox aşağıdır. Bu hal real vəziyyətin düzgün qiymətləndirilməsinə maneə yaradır.

Bununla əlaqədar olaraq, aşağıdakı tapşırıqların icrasını təmin etməyiniz tələb olunur:

•    Sinif rəhbərləri vasitəsilə bütün valideynlərə sorğu linkinin göndərilməsi;
•    Valideyn iclaslarında sorğunun doldurulmasının əhəmiyyəti barədə xüsusi məlumatlandırmanın aparılması və zəruri hallarda sorğunun həmin iclaslarda doldurulmasının təmin olunması;
•    Məktəb üzrə valideyn iştirak göstəricilərinin gündəlik nəzarətdə saxlanılması;
•    İştirak səviyyəsi aşağı olan siniflər üzrə əlavə təşviqat tədbirlərinin görülməsi;
•    Valideynlərin prosesdə fəal iştirakının təmin edilməsi üçün məktəb daxili nəzarət mexanizminin qurulması.

Sorğuya keçid:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

https://digital.edu.az/ AR Elm və Təhsil Nazirliyi

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən “Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu keçirilir.

Sorğunun keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb–valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir.

İstifadəyə verilən yeni funksiya valideynlərə məktəbin fəaliyyətini platforma vasitəsilə dəyərləndirmək imkanı yaradır. Sorğuların nəticələri ümumi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və ehtiyacların müəyyənləşdirilməsi üçün əsas göstərici kimi istifadə ediləcək.

Sorğuda valideyn yalnız övladının təhsil aldığı müəssisəyə dair rəy verə bilər. Eyni valideynin iki övladı fərqli məktəblərdə təhsil alırsa, bu zaman valideynə hər iki övladının məktəbinə rəy vermək imkanı yaradılır. Sorğuya keçid: https://digital.edu.az/cabinet/survey

Qeyd edək ki, "Rəqəmsal məktəb" platforması müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını, valideyn-məktəb əlaqəsinin daha da əlçatan olmasını təmin etmək, qiymətləndirməni rəqəmsallaşdırmaq, təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir.

Hazırda “Rəqəmsal məktəb” platformasından ümumilikdə 685 mindən çox istifadəçi yararlanır. Onlardan 39 000 nəfəri müəllim, 379 000 nəfəri şagird və 267 000 nəfəri isə valideyndir.

Platformadan istifadə zamanı şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri hər hansı bir cihazdan (kompüter, planşet və ya mobil telefon) asanlıqla www.reqemsal.edu.az və ya www.digital.edu.az saytı üzərindən öz fərdi kabinetlərinə daxil ola bilərlər.

IRON MAX AZERBAIAN