Azad Media Susdurula Bilməz!
8 Noyabr – Zəfər Bayramı: Sahib olduqlarımızın qədrini bilək, Zəfərimizi unutmayaq!
MÜSAHİBƏ

8 Noyabr – Zəfər Bayramı: Sahib olduqlarımızın qədrini bilək, Zəfərimizi unutmayaq!

Həyatın sürətli axarında bəzən sahib olduqlarımızın fərqinə varmırıq. Şikayət etdiyimiz günlər, sıxıldığımız anlar, “kaş hər şey başqa cür olardı” dediyimiz vəziyyətlər... Zaman keçir və bir gün geriyə baxanda anlayırıq ki, vaxtilə adi hesab etdiyimiz həmin günlər üçün belə darıxırıq.

İnsan bəzən yaşadığı anın dəyərini yalnız onu itirdikdən sonra anlayır. Həyatda hər şeyin öz zamanı, öz mənası var. Bəzən adi hesab etdiyimiz bir gün belə əslində böyük bir nemət imiş.

Həyatın bizə nə gətirəcəyini, nələri alacağını əvvəlcədən bilmirik. Planlar qurur, arzular edirik, gələcəyə ümidlə baxırıq. Ancaq həyatın öz axarı, öz yazısı var. Elə buna görə də bəzən dayanıb sahib olduqlarımıza nəzər salmaq lazımdır: Nəfəs alırıqmı? Ayaqdayıqmı? Sevdiklərimiz yanımızdadırmı? Sağlamlığımız, yaşamaq gücümüz varmı?

Əslində, insanın ən böyük xoşbəxtliyi bəzən məhz bu sadə sualların cavabında gizlənir.

Qalan hər şey dəyişə, düzələ, itə və yenidən qazanıla bilər. Əsas odur ki, ümidimizi itirməyək, həyatın bizə bəxş etdiyi nemətlərin qədrini bilək və sabaha inamla baxaq.

8 Noyabr – Zəfər Bayramı bizə yalnız qələbəni deyil, həm də azadlığın, birliyin, fədakarlığın və Vətən sevgisinin əsl dəyərini xatırladır.

Bu gün azad Qarabağımızın sevincini yaşayır, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Şuşanın azadlığı ilə tarixə yazılan o möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şuşa, sən azadsan!

Qəhrəmanlar unudulmur! Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir.

8 Noyabr – Zəfər Bayramımız mübarək!

Qarabağ Azərbaycandır! ????????❤️????????

BakuFakt Media – Zəfərimizin, milli qürurumuzun və tarixi yaddaşımızın təbliği naminə.

IRON MAX AZERBAIAN