Azad Media Susdurula Bilməz!
Tanınmış alim baş prokurordan kömək istədi
şi̇kayət müraci̇ət

Tanınmış alim baş prokurordan kömək istədi

Tanınmış alim, professor Qayıbverdi İskəndərov ona məxsus olan xüsusi mülkiyyətin, əmlak və  şirkətin bir qrup şəxs tərəfindən ələ keçirildiyini iddia edib. Onun sözlərinə görə, həmin qrupun ona məxsus olan xüsusi əmlakı mənimsəməsi ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələ də faktla bağlı cinayət işi qaldırılmayıb. Bu isə tanınmış alimdə mənfi təəssürat yaradıb:"Vətəndaşın şikayətinə belə münasibət göstəmək olmaz. İşi nağıllardakı kimi, "gedər-gəlməzə" göndəriblər. Hər dəfə müraciət edəndə, işin hansısa kabinetdə olduğu deyilir, ancaq indiyə qədər cinayət işi qaldırılmayıb, tədqiqat aparılmır". Baş prokuror Kamran Əliyevə müraciət edən professor məsələnin nəzarətə götürülməsini xahiş edib:"Şikayətimlə bağlı heç bir tədqiqat aparılmaması, cinayət işinin açılmaması belə düşünməyə əsas verir ki, hüquq-mühafizə orqanları bu qrupu müdafiə edir və ya onlarla şərikdirlər. Belə görünür ki, hüquq-mühafizə orqanlarında köklü islahatlara ehtiyac var".

IRON MAX AZERBAIAN