Ölümlə nəticələnən yol qəzasına kim səbəb olub?- VİDEO
01.08.2024-cü il tarixində Bakıda Mirzəyev Nurlan Bəxtiyar oğlunun həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ancaq ailəsinin dediynə görə, hadisədən ötən müddət ərzində araşdırma aparılmayıb, hadisənin günahkarları aşkar edilərək məsuliyyətə cəlb olunmayıb.
Mirəzyev Nurlanın bacısı Mirzəyeva Fatimə bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinə də müraciət edib, hadisənin araşdırılması və hüquqi baxımdan tədbir görülməsini tələb edib:
“Qardaşım kimlərinsə ucbatından dünyasını dəyişdi, bunu təsdiq edən videogörüntü var. Qeyd edim ki, qardaşım bilmədiyimiz səbəbdən yolda təqib və təhdid edilib, ölümlə nəticələnən qəza şəraiti yaradılıb. Biri polis, digər ikisi isə mülki olmaqla, nəqliyyat vasitəsi qardaşımın idarə etdiyi nəqliyyat vasitəsini arxadan vuraraq qəza şəraiti yaradıb.
2 mülki maşın onu sıxışdırıb, soyuq silahla ona zərbə vurub, nəticədə qardaşım idarəetməni itirərək maşına çırpılıb və yerindəcə keçinib. Həmin mülki şəxslərin kimliyi barədə məlumat əldə edə bilmirik. Ötən müddət ərzində hadisə hələ araşdırılıb, tədbir görülməyib”.
Şikayətçi bildirib ki, videogörüntünü ictimailəşdirməkdə məqsədi hadisənin günahkarlarının tapılıb məsuliyyətə cəlb edilməsinə kömək etməkdir:
“102 xidmətinə bununla bağlı məlumat vermişəm. Ümid edirəm ki, nazir Vilayət Eyvazov hadisənin qısa müddətdə obyektiv araşdırılması və günahkarların cəzalandırılması üçün göstəriş verəcək”.
"Bakufakt.az"