Adil Əliyevin açılışını etdiyi parkı vətəndaşların üzünə bağlayan Şəfiqə kimə güvənir? - ŞİKAYƏT MÜRACİƏT
Bir park salındı…
Uşaqlar gülsün deyə.
Valideynlər nəfəs alsın deyə.
Şəhid bulağının yanında insanlar bir az rahatlıq tapsın deyə…
25 aprel tarixində Suraxanı rayonu Hövsan qəsəbəsi, Məhəllə 14/15 ünvanında yeni park sakinlərin istifadəsinə verildi. Açılışda şəxsən iştirak edən Suraxanı RİH-nin başçısı cənab Adil Əliyev vurğuladı ki, bu park məhəllə sakinləri, uşaqlar üçündü...
Amma təəssüf ki, parkın sevinci cəmi bir gün çəkdi…
Səhəri gün Şəfiqə adlı bir nəfər özünü parkın sahibi elan etdi. Bu qadın parkın attaksionlar yerləşən hissəsində heç bir dövlət qurumunun adı olmayan, qanunsuz və təhdid xarakterli lövhə asıb. Uşaqlara yaş məhdudiyyəti qoyub. Məktəbli uşaqlara “burada sürüşmək olmaz” qadağası hökm edir. İnsanlara elə davranır ki, sanki park dövlətin saldığı park yox, bu adamın şəxsi həyətidir. Bunu dilə gətirməkdən də çəkinmir... Başçıya adıyla müraciət etməkdən çəkinməyən Şəfiqənin hərəkətlərinə baxsaq, sanki Suraxanı boyda rayonu idarə edən Adil Əliyevin özünü məhz ŞƏFİQƏ ÖZÜ İDARƏ EDİR, "Mən Adilə tapşırmışam, mənim üçün salıb bu parkı, hələ demişəm gəlsin qapıya qapı (nə qədər gülünc səslənir, deyilmi?) absurd hay-küyləri ilə sakinləri çilədən çıxarmaqdan çəkinmir. Dünyanın heç bir nöqtəsində qapılı park yoxdur, Şəfiqə xəyal dünyasında itib-batır, oyadanı yoxdur...
Bu necə ola bilər?
Dövlətin saldığı parkı kiminsə gəlib öz qaydaları ilə idarə etməsi hansı qanuna sığır?
Bir tərəfdən uşaqlar üçün idman alətləri quraşdırılır, sağlam həyat təşviq olunur… digər tərəfdən isə uşaqların gülüşünə belə dözümsüz yanaşılır.
Ən ağrılı məqam isə budur: Şəfiqə adlı yaşlı qadın parkı faktiki olaraq zəbt edib, bütün günü orada oturub, gah idman alətlərinin üzərinə evindən gətirdiyi adyalı salır, gah iplə alətləri bir-birinə bağlayıb, hərəkətsiz hala salır, gah da su şlanqı ilə məhəccərləri bir-birinə bağlayıb piyadaların yolunda süni maneə yaradır...
Məhz başçı bu Şəfiqə məxluquna aydınlıq verməlidir ki, bu park bir nəfərin yox, yerli sakinlərindir, xalqındır.
Bu park qorxu yeri yox, uşaqların sevinc məkanı olmalıdır.
Heç kəs dövlətin yaratdığı gözəlliyə kölgə sala bilməz.
İnanırıq ki, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və park yenidən öz həqiqi sahibinə — xalqa qaytarılacaq.
Bakufakt.az


