Azad Media Susdurula Bilməz!
Mənzilimizdə bomba kimi saxladığınız tullantı: Onlardan necə qurtulmalıyıq?
GÜNDƏM

Mənzilimizdə bomba kimi saxladığınız tullantı: Onlardan necə qurtulmalıyıq?

Sonsuzluq, xərçəng, ağciyər, dəri xəstəlikləri yaradan “sevimli” əşyamız. Əlimizin altındakı təhlükə. Evimizdə xəstəlik mənbəyi. Tərkibindəki civə qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir.

Mənzillərinizdə kiçik bombaların olduğundan xəbərdarsınızmı? O bombalar ki, hər gün təmasda olur, telefonlar, elektron cihazlar, saatlar, kameralar, kalkulyatorlar, eşitmə cihazları - hər yerdə qarşımıza çıxır. Bəzən uşaqları da bu təhlükənin ağuşuna atırıq. Söhbət batareyalardan gedir. İstifadə olunmuş, yararsız halda olan batareyalar o qədər təhlükəlidir ki, evdə zibil qabına atsaq belə, xilas ola bilmirik. Fikir vermisinizsə, batareyanın üzərində zibil qabı işarəsi yoxdur. Onunla adi tullantı kimi davrana bilmərik. Bəs istifadə olunmuş batareya daşları ilə  nə etməli? Əvvəlcə batareyaları nə üçün “bomba” adlandırdığımızı araşdıraq... 

Mövzu ilə bağlı Kaspi qəzetinin yazsını təqdim edirik:

Ağciyərə və böyrəklərə zərər verir

Zibil qutusuna atılan batareya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə zərərli maddələr buraxır. Batareyaların tərkibində olan ən təhlükəli və zəhərli maddələrdən biri kadmiumdur. Kadmium və onun birləşmələri su ilə qarışır, içməli suyu və torpağı çirkləndirir. İçməli su vasitəsilə insan orqanizminə daxil olur. Ağciyərə və böyrəklərə zərər verir.

Uşaqlar daha çox qurğuşun çirklənməsinə məruz qalır

Batareyalarda olan digər ağır metal qurğuşundur. Qurğuşun orqanizmə tənəffüs, içməli su və qida ilə daxil olur. Bədənə daxil olan qurğuşun yavaş-yavaş ağciyərlərdə sorulur və qanla qarışır. Qaraciyər, böyrək, beyin və əzələ kimi yumşaq toxumalarda 35-40 gün gözlədikdən sonra qurğuşun metabolitlərinin köməyi ilə sümük və diş kimi sərt toxumalarda yer alır. Bədəndə dəmir, kalsium çatışmazlığı və D vitamini çox olarsa, qurğuşun həddindən artıq yığılır. 0-6 yaşlı uşaqlar böyüklərdən ən azı 4 dəfə daha çox qurğuşun çirklənməsinə məruz qalırlar.

IRON MAX AZERBAIAN