Azad Media Susdurula Bilməz!
“Sonar farm”ın sahibi Vilayət Eyvazova müraciət edib: “Şirkətimizi qanunsuz yolla ələ keçiriblər” 
cəmi̇yyət

“Sonar farm”ın sahibi Vilayət Eyvazova müraciət edib: “Şirkətimizi qanunsuz yolla ələ keçiriblər” 

Xəbər verdiyimiz kimi, Azərbaycan dərman bazarında xüsusi çəkiyə malik olan məşhur “Sonar farm” şirkəti qanunsuz yollarla ələ keçirilib. Belə ki, bir müddət əvvəl şirkətdə 50 faiz paya sahib olan, hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Elnur İskəndərov əslində 21 milyonluq şirkətin hədə-qorxu yolu ilə ondan alındığını bildirib və sensasiyalı məlumatları açıqlayıb.

O, şirkəti Əyyubov Robert İslam oğlunun adına rəsmiləşdirməyə məcbur qaldığını iddia edib. Belə ki, 50 faiz payı ona, digər 50 faizi isə Mahirə Əsədovaya məxsus olan 21 milyonluq şirkət cəmi 300 min manat müqabilində başqa şəxs tərəfindən ələ keçirilib. 

Şirkətdə 50 faiz pay sahibi olan Mahirə Əsədova bu prosesdən tamamilə kənarda saxlanılıb və xəbərsiz olub. Elnur İskəndərov hədə-qorxu, təzyiq və təhdid altında qalaraq sözügedən şirkətin 51 faiz payını Bakıdakı 53 saylı noratiat kontorunda Robert Əyyubovun adına keçirməyə məcbur qalıb. Beləliklə, həyatı təhlükədə olduğundan, 17 yanvar 2025-ci il tarixində Mahirə Əsədovanın da 50 faiz payçısı olduğu şirkətin 51 faiz payını Robert Əyyubovun adına keçirilməsinə məcbur edilib. Robert Əyyubovun qanunsuz yolla ələ keçirdiyi deyilən “Sonar Farm”da 50 faiz paya sahib olan Elnur İskəndərovin müdafiəsinə Türkiyənin tanınmış vəkillərindən biri İbrahim Köştərə də qoşulub.

Vəkilin sözlərinə görə, şirkətin fəaliyyətinə yaxından bələddir, şirkətin Türkiyə-Azərbaycan əlaqələrndə müəyyən rol oynayıb. Həmçinin Mahirə Əsədovanı da şirkətin qurucularından biri kimi tayınır.

Şirkətdə 50 faiz payı olan Mahirə Əsədova məsələ ilə bağlı açıqlama verib. 27 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mahirə Əsədova bu fəaliyyətdən əldə etdiyi gəliri toplam şəklində “Sonar Farm” şirkətinə yatırıb. Həmin dərman şirkətində əlavə vəsait tələb olunduğundan, Elnur İskəndərovun da vəsaitini şirkətə yönəldib. 2025-ci il aprelin 22-də Elnur İskəndərov saxlanıldığı cəzaçəkmə müəssisəsindən zəng edərək şirkətin Robert Əyyubov tərəfindən ələ keçirilməsi barədə ona məlumat verib.

Bundan sonra müşayiətedici şəxslərlə bərabər depoya gedən Mahirə Əsədova orada Əziz Qəmbərli adlı vəkillə rastlaşıb. Vəkildən onun yaratdığı və sahibi olduğu şirkətin deposuna hansı səbəblə gəldiyini soruşanda, Əziz Qəmərli ondan deponu tərk etməyə tələb edib və əks təqdirdə102-yə zəng edəcəyini deyib.  Bundan sonra depoya getmədiyii deyən Mahirə Əsədova   yaranmış vəziyyətdən həm maddi, həm də mənəvi olaraq təsirləndiyini bildirib:

“Həmin şirkəti və şirkətə bağlı olan bir neçə apteki şəxsən öz əllərimlə qurub yaratmışam. Bunun üçün tələb olunan maddi vəsaiti təmin etmək üçün evlərimi satmışam. Amma indi təəssüf ki, nə şirkətə, nə də apteklərə girə bilirəm”.

M. Əsədova bildirib ki, nə özünün, nə də şirkətdəki şəriki olan Elnur İskəndərov və Saqil Hacıyev Robert Əyyubovla heç bir tanışığlı olmayıb:

“Onu ümumiyyətlə, tanımırıq, heç bir tanışlığımız olmayıb, heç telefonla da danışmamışıq. Prosesin gedişində, yəni şirkətin 51 faizinin Robert Əyyubovun adına keçirilməsində də ancaq onu təmsil etdiyini deyən vəkil Əziz Qəmbərli iştirak edib. Notariusda da öz şirkətimizə məxsus olan 300 000 AZN-lə alqı-satqı olunub, həmin pul da sonradan şirkətə təhvil verilib”. 

O bildirib ki, məsələylə bağlı araşdırma gedir:

Şirkəti yaratmağımla bağlı bütün müvafiq sənədlər təqdim  olunub, ifadə vermişik, Elnur İskəndərov, Saqil Hacıyev də şahid ifadləri verib”.

M. Əsədova o eyni zamanda, Elnur İskəndərovdan hədə-qorxu yolu ilə Məzahir adlı şəxs vasitəsilə 1,2 milyon manat alınaraq Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir adlı şəxsə verilməsi və həmin vəsaitin də Robert Əyyubova çatdırılması barədə məlumata ndan hədə-münasibət bildirib. O qeyd edib ki, həmin vəsaitin alınıb-verilməsi prosesində qətiyyən iştirakı olmayıb:

“Amma bu barədə şahid ifadələri var. Şahid ifadələrinə görə, həmin vəsaitin böyük hissəsi Samir adlı şəxsə, müəyyən hissəsi isə Əziz Qəmbərliyə verilib”. 

M.Əsədova yaranmış vəziyyətlə bağlı hüquqlarının qorunacağına, azad sahibkarlıq M mühitinin formalaşmasına qarşı fəaliyyət göstərən şəxslərin cəzalandırılacağna ümid etdiyini bildirib:

“Azərbaycan hüquqi dövlətdir və vətəndaşların hüququ qanunvericiliklə tam qorunur. Mən dövlətimə güvənirəm. Əminəm ki, araşdırma nəticəsində fəaliyyətimizə yaradılan qanunsuz müdaxilələr aradan qaldırılacaq və bizə məxsus olan şirkət özümüz qaytarılacaq”.

Daxili işlər naziri Vilayət Eyvazova  müraciət edən şirkət rəhbəri qanunun aliliyinin qorunmasında Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib:

“Qanunun aliliyinin  qorunmasında rəhbərlik etdiyiniz nazirliyin fəaliyyəti təqdirəlayiqidir. Qanunvericiliyin təminində prinsipial mövqeyinizə güvənərək sözgedən məsələnin qanun çərçivəsində həllinə nəzarət etməyi xahiş edirəm”.

Xatırladaq ki, M.Əsədova sahibkarlıq fəaliyyəti ilə yanaşı, həm də icmai fəaliyyəti ilə tanınır. Türkiyədə xeyryyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən kitabın çap olunması, Türkiyədə dərs vəsaiti kimi istifadəsi, Bolu şəhərində abidənin ucaldılması, Ankarada dəfələrlə Ulu Öndər Heydər Əliyevin anım günü, Azərbaycanda isə Ümumilli Liderin doğum günü münasibətilə müxtəlif  tədbirlərin təşkili məhz onun adı ilə bağlıdır.

Onun Azərbaycan dövləti və dövlətçiliyinin inkişafı, eləcə də türk dünyasında qarşılıqlı əlaqələrin güclənməsi  istiqamətində xidmətləri təqdirlayiqdir.

“Bakufakt.az"

“Sonar farm”ın sahibi Vilayət Eyvazova müraciət edib: “Şirkətimizi qanunsuz yolla ələ keçiriblər” 

“Sonar farm”ın sahibi Vilayət Eyvazova müraciət edib: “Şirkətimizi qanunsuz yolla ələ keçiriblər” 

IRON MAX AZERBAIAN