Azad Media Susdurula Bilməz!
Adil Əliyev 3 nəfəri işdən çıxardı
cəmi̇yyət

Adil Əliyev 3 nəfəri işdən çıxardı

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) üç sürücüsü vəzifəsindən azad edilib.

Bakufakt.az  xəbər verir ki, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.

Belə ki, RİH Aparatının Xidməti heyətində Baş mütəxəssis - sürücü vəzifəsində çalışan Elnur Verdizadə, Dadaş Əliyev və Sənan Əskərov vəzifəsindən azad ediliblər. Yeni əmrlə isə Ruslan Hüseynov və Anar Bayramov Baş mütəxəssis - sürücü vəzifəsinə təyin olunublar.

Bundan əlavə, icra başçısının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Kamal Həsənov da işdən çıxarılıb.

IRON MAX AZERBAIAN