Azad Media Susdurula Bilməz!
Cənubi Koreyadan Trampın istəyi ilə bağlı gözlənilməz addım
XARİCİ MƏNBƏLƏR

Cənubi Koreyadan Trampın istəyi ilə bağlı gözlənilməz addım

Cənubi Koreya, Vaşinqtonun rəsmi müraciətindən sonra ABŞ ilə birlikdə keçirdiyi irimiqyaslı birgə hərbi təlimlərin müddətini qısaltmaq qərarına gəlib.

"Bakufakt" xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb. 

Avqustun 17-də başlayan “Ulchi Freedom Shield” (UFS) adlı illik strateji hərbi manevrlərin ilkin plana əsasən 11 gün davam edərək avqustun 27-də başa çatması nəzərdə tutulurdu. Lakin Vaşinqtonun rəsmi müraciəti və təklifindən sonra təlimlər 5 günə endirilərək avqustun 21-də yekunlaşacaq.

Qeyd edək ki, Prezident Donald Tramp “Truth Social” platformasında paylaşım edərək Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını təcili olaraq azaltmağı tapşırdığını açıqlayıb. Tramp bu təlimlərin Şimali Koreyaya qarşı tamamilə yersiz və düşmən siqnalı göndərdiyini vurğulayıb. O, Pxenyan lideri Kim Çen Inla "çox yaxşı şəxsi münasibətlərinin" olduğunu və onun prezidentliyi dövründə Şimali Koreyanın ABŞ-a heç bir təhlükə yaratmadığını qeyd edib.

IRON MAX AZERBAIAN