Azad Media Susdurula Bilməz!
Eduard Məmmədov Avropa çempionatında ikiqat qızıl medal qazandı – 13-cü dəfə Avropa çempionu oldu!
GÜNDƏM

Eduard Məmmədov Avropa çempionatında ikiqat qızıl medal qazandı – 13-cü dəfə Avropa çempionu oldu!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov 2026-cı il noyabrın 7-dən 14-dək Şimali Makedoniyanın Skopye şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında “Master Class” kateqoriyasında, 63 kq çəki dərəcəsində 2 versiya üzrə mübarizə apararaq 2 qızıl medal qazandı.

Light Contact versiyası üzrə İtaliya idmançısı La Mantia Alessandro, finalda Portuqaliya təmsilçisi CORTES Emanuel üzərində qələbə qazanaraq, Kick Light versiyası üzrə macar Hasz Marton və italiyalı La Mantia Alessandro üzərində qələbə qazanaraq, ümumilikdə 13-cü dəfə Avropa çempionu oldu.

“Bu qələbəmi bizim unudulmaz şəhidlərimizə həsr edirəm! Allah şəhidlərimizə rəhmət eləsin!

Mənim üçün fəxrdir ki, bayrağımızı dünya arenasında iki dəfə qaldırıb, himnimizi səsləndirdim.

Ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev məni “Tərəqqi” medalı ilə təltif edəndə hələ də döyüşdüyümü vurğulayıb və gələcəkdə də böyük uğurlar arzulamışdı! Mən isə öz tərəfimdən cənab Prezidentə söz vermişdim ki, əlimdən gələni əsirgəməyib yarışlarda uğurlu çıxışlarımı davam etdirəcəyəm.

Mənim üçün böyük şərəf və fəxrdir ki, cənab Prezidentə verdiyim sözü yerinə yetirə bilmişəm! 

Başda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti cənab Adil Əliyevə və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Orxan Əliyevə hər zaman verdikləri dəstəyə görə dərin təşəkkürlərimi bildirirəm!

Eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazir Fərid Qayıbova mütəmadi diqqət və dəstəyə görə öz təşəkkürlərimi bildirirəm!”

Daxili İşlər Nazirliyi idman şöbəsinin rəisi Polis Palkovniki Eduard Məmmədov, Azərbaycan Respublikası kikboksinq federasiyasının vitse prezidenti.

IRON MAX AZERBAIAN