Azad Media Susdurula Bilməz!
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
XARİCİ MƏNBƏLƏR

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO

Çinin moda brendi “Shein”in məhsullarının etiketlərindəki çağırış müzakirə mövzusuna çevrilib.
 

"Bakufakt" xəbər verir ki, X sosial şəbəkəsində yayılan bəzi fotolarda geyimlərin etiketlərində “Need your help” (“Yardımınıza ehtiyacımız var”) və buna bənzər ifadələrin yazıldığı görünür.

Paylaşımlarda bu mesajların aralarında uyğurların da olduğu və məcburi əməyə məruz qaldığı iddia edilən işçilər tərəfindən gizli şəkildə yazıldığı irəli sürülür.

Sosial mediada yayılan iddialara görə, fabriklərdə məcburi işlədilən uyğurlar “Yardımınıza ehtiyacımız var. Gündə 15 saat işləyirik. Donuzlar və itlərlə eyni yeməyi yeyirik” sözləri ilə dünyadan yardım istəyiblər.

IRON MAX AZERBAIAN