XARİCİ MƏNBƏLƏR
İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var
İranın Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib.
"Bakufakt" məıumat verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, partlayış nəticəsində bir neçə hərbçi həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. Lakin ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
Partlayışdan sonra ərazi tamamilə mühasirəyə alınıb, yaralılar Zahedandakı xəstəxanalara çatdırılıblar.
İran hakimiyyəti insidentlə bağlı hələlik heç bir açıqlama verməyib. Partlayışa görə məsuliyyəti də heç kim üzərinə götürməyib.

