Azad Media Susdurula Bilməz!
Belə yol qəzası görülməyib: Motosiklet işıqfordan asılı qaldı
XARİCİ MƏNBƏLƏR

Belə yol qəzası görülməyib: Motosiklet işıqfordan asılı qaldı

Kanadada qeyri-adi motosiklet qəzası yaşanıb.

Bakufakt.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verib.

Sedan avtomobillə toqquşan motosiklet zərbənin təsirindən işıqfor dirəyindən tərs formada asılı qalıb.

Qəza nəticəsində ağır yaralanan motosikletçi təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Məlumata görə, sürücünün həyati təhlükəsi yoxdur.

IRON MAX AZERBAIAN