Azad Media Susdurula Bilməz!
Şəhid Əzizbəy Muradovun ailəsinə xüsusi diqqət – Sabirabadın polis rəisi şəhid evində!
GÜNDƏM

Şəhid Əzizbəy Muradovun ailəsinə xüsusi diqqət – Sabirabadın polis rəisi şəhid evində!

Sabirabad Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Ramin Əhmədağa oğlu Qədirov rayonun Ulacalı kənd sakini, antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Əlahiddə Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradovun ailəsini ziyarət edib.

"Bakufakt" xəbər verir ki, İlk olaraq şəhid Əzizbəy Muradovun xatirəsinə ucaldılmış xatirə kompleksi və məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra şəhidin ailəsinin yaşadığı evdə yaradılmış ev muzeyi ziyarət olunub. Burada onun həyat və döyüş yolundan, Vətənə sədaqətindən, göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söhbət açılıb.

Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb, onların müraciət və istəkləri dinlənilib. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya eyni zamanda Daxili İşlər Naziri General-polkovnik Vilayət Eyvazov cənablarına dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün əsl Vətən sevgisi və vətənpərvərlik nümunəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

IRON MAX AZERBAIAN