GÜNDƏM
Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkiz uşaqlar kimlərdir?
Müdafiə naziri Zakir Həsənov və Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin qucağında görüntülənən əkiz uşaqların kimliyi məlum olub.
"Bakufakt" xəbər verir ki, əkizlər Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan şəhid Elvin Şükürlünün qazi qardaşı, mayor Elnur Şükürovun övladlarıdır.
Əkizlərdən birinə şəhid əmisi Elvinin, digərinə isə Qarabağ müharibəsi veteranı olan babası Azadın adı verilib.

