
XARİCİ MƏNBƏLƏR
Baş nazirin arvadın yandırıb öldürdülər - Bu ölkədə ŞOK
Nepalın sabiq baş naziri Cal Natx Xanalanın həyat yoldaşı Racia Lakşmi Çitrakar yanıq xəsarətlərindən dünyasını dəyişib.
Bakufakt.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar onu evə salaraq əl-qolunu bağlayıb, daha sonra binanı yandırıblar.
Hadisələr sosial şəbəkələr və bir sıra internet platformalarının – YouTube, X, LinkedIn, Reddit, WhatsApp, Facebook və Instagramın – bloklanmasından sonra başlanmış kütləvi etirazların fonunda baş verib.
Artan gərginlik nəticəsində Nepal Prezidenti Ram Çandra Paudel istefa qərarı verib.