Azad Media Susdurula Bilməz!
“Bu mahnını köhnə sevgilimə həsr etmişdim, təzəsinə də MAHNI YAZDIRACAM” -
ŞOU BİZNES

“Bu mahnını köhnə sevgilimə həsr etmişdim, təzəsinə də MAHNI YAZDIRACAM” -

Sevgi ülvi hissdir. Onu ucuzlaşdırmaq, adiləşdirmək yox, əksinə əbədiləşdirmək lazımdır. Mən də müğənniyəm, işim-peşəm mahnı oxumaqdır. Sevgilimdən ayrılanda onu uca tutmaq üçün ona mahnı həsr etdim, hətta klip də çəkdirdim".

Bakufakt.az xəbər verir ki, bu açıqlama gənc müğənni Naira Seyidova "Həyəcanlı həvəs" mahnısı haqda danışarkən bildirib. Müğənni əlavə edib ki,  qəlbini fəth edən yeni  sevgilisini də diqqətsiz qoymayacaq:

"Yeni sevgilimə də mütləq mahnı həsr edəcəyəm. Beləliklə həmin şəxs mənim olduğu və mənsiz olsa da belə, hər zaman o mahnını dinləyəndə məni xatırlayacaq".

IRON MAX AZERBAIAN