SİYASƏT
10 il əvvəl Kiyevdə baş verənlərin eynisi indi Tbilisidə yaşanır: Səbəb də eynidir
"Maydan" hadisələrinin nəticəsi gürcüləri cəsarətləndirir. Yəni bu yol artıq gedilib və uğur qazanılıb. Avropa gürcülər üçün nəfəslikdir. Həyati məsələdir. Ona görə də geri çəkiləcəkləri ağlabatan deyil.
Üstəlik cəmiyyət də qorxu sindromunu aşıb.
2 gün əvvəl gürcü futbolçu Xviça Kvarastsexliya, dünən isə məşhur musiqi qrupu Trio Mandili etirazlara dəstək verib.
Mağazalar, restoranlar qapılarını aksiya iştirakçılarının üzünə taybatay açır.
Bu, artıq müxalifət-iqtidar məsələsi deyil, xalqın hökumətdən hesab sormasıdır.
Qonşularımıza bu çətin yolda dözüm arzulayıram.
"Bakufakt"