şi̇kayət müraci̇ət
Qazi Ceyhun Ağayev saxlanılıb - səbəbi hələlik açıqlanmayıb
Qazi Ceyhun Ağayevin saxlanıldığı bildirilir.
Redaksiyamıza daxil olan məlumata görə, bu məlumat Ceyhun Ağayevin ailə üzvləri tərəfindən təsdiqlənib.
Ailə üzvlərinin sözlərinə əsasən, o, bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda Ceyhun Ağayevin hansı səbəbdən saxlanıldığı məlum deyil. Bununla bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

