XARİCİ MƏNBƏLƏR
Eyfel qülləsi niyə “böyüyüb”: isti hava səbəbindən qüllənin hündürlüyü 10 santimetr artıb
Temperatur mənfi 10 dərəcədən müsbət 40 dərəcəyə dəyişəndə Eyfel qülləsi təxminən 10 santimetr “uzanır”.
Bu, hər 10 dərəcə üçün 2 santimetrə uyğundur.
Qüllənin konstruksiyasında istifadə olunan pudlinq dəmiri istiliyin təsiri ilə genişlənir, temperatur aşağı düşəndə isə yenidən yığılır.
Bununla belə, bu hadisə insan gözü üçün hiss olunmur.
Fransa, Avropanın bir sıra digər ölkələri kimi, son günlər anomal istilərin təsiri altındadır.
Ötən həftənin ortalarında ölkənin meteoroloji xidməti buna görə 96 departamentdən 72-də ən yüksək hava təhlükəsi səviyyəsi elan etmişdi.
Bu, yeni rekord olub.
Temperatur 40 dərəcəyə yaxınlaşıb, bəzi yerlərdə isə hətta bu həddi keçib.

