Azad Media Susdurula Bilməz!
Suraxanı RİH başçısı Adil Əliyevin açılışını etdiyi parkı vətəndaşların üzünə bağlayan Şəfiqə adlı qadın kimə güvənir? - ŞİKAYƏT MÜRACİƏT
şi̇kayət müraci̇ət

Suraxanı RİH başçısı Adil Əliyevin açılışını etdiyi parkı vətəndaşların üzünə bağlayan Şəfiqə adlı qadın kimə güvənir? - ŞİKAYƏT MÜRACİƏT

Bir park salındı…
Uşaqlar gülsün deyə.
Valideynlər nəfəs alsın deyə.
Şəhid bulağının yanında insanlar bir az rahatlıq tapsın deyə…
25 aprel tarixində Suraxanı rayonu Hövsan qəsəbəsi, Məhəllə 14/15 ünvanında yeni park sakinlərin istifadəsinə verildi. Açılışda şəxsən iştirak edən Suraxanı RİH-nin başçısı cənab Adil Əliyev vurğuladı ki, bu park xalq üçündür, uşaqlar üçündür, sakinlər üçündür.
Amma təəssüf ki, parkın sevinci cəmi bir gün çəkdi…
Səhəri gün Şəfiqə adlı bir nəfər özünü parkın sahibi elan etdi. Bu qadın parkın attaksionlar yerləşən hissəsində heç bir dövlət qurumunun adı olmayan, qanunsuz və təhdid xarakterli lövhə asıb. Uşaqlara yaş məhdudiyyəti qoyub. Məktəbli uşaqlara “burada sürüşmək olmaz” deyir. İnsanlara elə davranır ki, sanki park dövlətin saldığı park yox, bu adamın şəxsi həyətidir.
Bu necə ola bilər?
Dövlətin saldığı parkı kiminsə gəlib öz qaydaları ilə idarə etməsi hansı qanuna sığır?

Bir tərəfdən uşaqlar üçün idman alətləri quraşdırılır, sağlam həyat təşviq olunur… digər tərəfdən isə uşaqların gülüşünə belə dözümsüz yanaşılır.
Ən ağrılı məqam isə budur: Bir neçə nəfər parkı faktiki olaraq zəbt edib, bütün günü orada samovar tüstüsü ilə ətrafı narahat edir, amma iki məktəbli uşağın sürüşməsi problem hesab olunur.
Bu park bir nəfərin yox, xalqındır.
Bu park qorxu yeri yox, uşaqların sevinc məkanı olmalıdır.
Heç kəs dövlətin yaratdığı gözəlliyə kölgə sala bilməz.
İnanırıq ki, məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və park yenidən öz həqiqi sahibinə — xalqa qaytarılacaq.

Bakufakt.az

IRON MAX AZERBAIAN