Fransada uşaq bağçasında ağlagəlməz hadisə: İki yaşlı qız ağır sərxoşluq halında xəstəxanalıq oldu
Fransada iki yaşlı qız uşaq bağçasından sərxoş halda qayıdıb.
Bakufakt.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Senlis şəhər prokurorluğu azyaşlının ağır alkoqol sərxoşluğu ilə xəstəxanaya yerləşdirilməsindən sonra ilkin istintaqa başlayıb. Valideynlərin sözlərinə görə, onlar övladlarını səhər saatlarında bağçaya aparıblar. Günorta saatlarında isə müəssisənin əməkdaşları onlara zəng edərək qızın "dayanmadan yıxıldığını" bildiriblər.
Xəstəxanada aparılan müayinələr zamanı uşağın qanında alkoqolun səviyyəsinin 2.14 qram/litr olduğu müəyyən edilib. Tibb işçiləri uşağın "tamamilə sərxoş" olduğu qənaətinə gəliblər.
Hadisədən dərhal sonra uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb. Məlumata görə, müalicə alan azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir.

