Saf hospitalda Günel Əliyeva “sərgüzəştləri”: Xəstəni səhv müalicə ilə ölümə sürükləyib, üstəlik dərman da satıb.
Saf hospitalda Günel Əliyeva “sərgüzəştləri”: Xəstəni səhv müalicə ilə ölümə sürükləyib, üstəlik dərman da satıb
Bir sıra xəstəliklərdən əziyyət çəkən Şəhla Hüseynova həkim yanlışlığı ilə üzləşib. Belə ki, uzun müddətdir səhv diaqnozla müalicə alan Şəhla Hüseynova həm maddi, həm mənəvi ziyana məruz qalıb, üstəlik səhhətində ciddi ağırlaşmalar yaranıb.
Oğlunun bildirdiyinə görə, anası səhhətindəki problemərlə bağlı Saf Hospitalda həkim Günel Əliyevaya müraciət edib. Ancaq həkimin aylarla davam edən müalicəsi səhhətini nəinki yaxşılaşdırmayıb, üstəlik, əlavə problemlər yaradıb.
Xəstənin ailəsinin verdiyi məlumata görə, həkim Günel Əliyeva diaqnoz qoymadan müalicəyə başlayıb. Hər dəfəsində də xəstəyə çoxsaylı analizlər edilib, qutularla dərman yazılıb. Amma bu dərmanların heç bir xeyri olmayıb: “Günel Əliyevaya ürək problemi, şəkərdən şikayətlənəndə belə, ixtisaslı həkimə müraciətə ehtiyac görmürdü, bütün xəstəlikləri özünün müalicə edəcəyini deyirdi. Bu gün öyrənmişik ki, aptekdə 13 manata satılan dərmanı bizə 75 manata verib. Dəfələrlə belə hallar olub. Dərmanları təkcə reseptlə aptekdən almırdıq, həkim özü də pul müqabilində verirdi. İndiyə qədər də bizə dəqiq diaqnoz deyə bilmədi, sadəcə virusla bağlı müalicə olunduğunu deyirdi. Daha sonra başqa həkimə müraciət etdik. Həkim həkim müalicənin ümumiyyətlə, səhv aparıldığını bildirdi və Günel xanımla əlaqə saxlayıb bu barədə ona dedi. Günel xanım isə guya qohumunun ağır xəstə olduğunu və bu səbəbdən də “başını itirdiyini”, necə müalicə yazdığını bilmədiyini dedi. Belə həkim olar? Belə məsuliyyətsiz davranış olar? Bunun nəticəsidir ki, biz Günel Əliyevanın yazdığı “müalicə”nin yaratdığı fəsadları aradan qaldırmaqla məşğuluq. Əsas xəstəlik bir tərəfdə qalıb, Günel Əliyevanın səhvindən yaranan əlavə xəstəlikləri müalicə etdiririk”.
Ailənin dediyinə görə, xəstəyə bir çox dərmanlar reseptsiz verilib: “Hər dəfəsində deyirdi ki, kartıma pul göndərin, dərman göndərirəm. Nəticədə anamın vəziyyəti daha da pisləşdi”.
Ailə yaranmış vəziyyətlə bağlı Günel Əliyevanı maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə verməyə hazırlaşır: “Hazırda anamı müalicə edən həkim də bu qənaətdədir ki, müalicə tam səhv istiqamətdə aparılıb”.
Şikayətlə bağlı Saf hospitalın və həkimin mövqeyini işıqlandırmağa hazırıq.
Yenilenir
Azərbaycan Respublikası Baş Prokurorluğuna / Rayon Prokurorluğuna
Surəti: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
ƏRİZƏ
Mən bildirirəm ki, 28.01.2026 tarixində Saf Klinikası klinikasında həkim Günel Əliyeva tərəfindən xəstəyə tibbi yardım göstərilmişdir.
Xəstə şəkər xəstəsi olmasına baxmayaraq, həkim tərəfindən səhv olaraq virus diaqnozu qoyulmuş və bu diaqnoz əsasında müalicə təyin edilmişdir. Mənim fikrimcə və sonrakı vəziyyətə əsasən, xəstənin əsas xəstəlikləri və riskləri düzgün qiymətləndirilməmişdir.
Təyin olunan müalicədən sonra xəstənin vəziyyəti sürətlə ağırlaşmış, həyati təhlükəli və ölümcül vəziyyət yaranmışdır. Bundan əlavə, çoxsaylı lazımsız analizlərin aparıldığı, bunun isə əlavə maliyyə yükü yaratdığı qənaətindəyəm. Müalicə və analizlər nəticəsində ümumi xərclər təxminən 5000–6000 AZN təşkil etmişdir.
Həmçinin həkim tərəfindən yazılan dərmanların tərkibində şəkər və təzyiq xəstələri üçün ciddi risk yarada bilən ağır preparatların olduğu ehtimal edilir. Bu preparatların xəstənin mövcud xəstəlikləri nəzərə alınmadan təyin edildiyini hesab edirəm.
Yuxarıda qeyd olunan halların həkim səhlənkarlığı, peşə vəzifələrinin lazımınca yerinə yetirilməməsi və xəstənin sağlamlığına ağır zərər vurulması ilə əlaqəli olub-olmamasının araşdırılmasını xahiş edirəm.
Xahiş edirəm:
- Fakt üzrə araşdırma aparılsın;
- Klinikanın tibbi sənədləri və xəstə tarixçəsi tələb olunsun;
- Təyin edilmiş müalicə və dərmanların düzgünlüyü ekspertiza ilə qiymətləndirilsin;
- Məhkəmə-tibbi ekspertiza keçirilsin və xəstənin ağır vəziyyətə düşməsi ilə göstərilən tibbi müdaxilə arasında səbəb əlaqəsi araşdırılsın;
- Əgər cinayət tərkibi müəyyən edilərsə, qanunvericiliyə uyğun cinayət işi başlanılsın və təqsirli şəxslər məsuliyyətə cəlb olunsun.
Teferrüatları az sonra video reportajda.....
Qeyd: Hosbital Zərərin tam ödənilməsi üçün şikayətçini dəvət etsədə zərərin 10-15 faiz miqdarı ödənildi. Hər hansı bir mövqe açıqlama verməkdən imtina edildi.
www.bakufakt.az

