Litvada keçirilən beynəlxalq K-1 turnirində Azərbaycan idmançısından uğurlu nəticə - FOTO
2026-cı ilin 8–9 may tarixlərində Litva Respublikasının Şaulyay şəhərində K-1 üzrə beynəlxalq turnirin Açıq Çempionatı keçirilmişdir. Yarışda müxtəlif ölkələrdən güclü idmançılar iştirak etmiş, maraqlı və gərgin qarşılaşmalar baş tutmuşdur.
Azərbaycanı turnirdə təmsil edən Rəşidli Rəşid uğurlu çıxışı ilə diqqət çəkmiş və yarışın yekununda fəxri ikinci yerə layiq görülmüşdür.
Təmsilçimiz yarımfinal mərhələsində Estoniya idmançısı Karoli Sausdravas ilə qarşılaşaraq inamlı qələbə qazanmış və final mərhələsinə yüksəlmişdir.
Final görüşündə isə Rəşidli Rəşidin rəqibi Litva təmsilçisi Andrey Gulubev olmuşdur. Gərgin və maraqlı keçən döyüşün sonunda idmançımız turniri ikinci pillədə başa vurmuşdur.
Qeyd edək ki, Rəşidli Rəşidin beynəlxalq arenada qazandığı bu uğur Azərbaycan idmanının inkişafının və gənc idmançıların yüksək potensialının növbəti göstəricilərindən biridir.
Bakufakt.az





