
Keçmiş əri Aysel Şükürovanın yalanını üzə çıxardı: “Uşaqlar mənim yanımdadır, aliment borcu nədən yaranıb?
Qalmaqalları ilə daha çox gündəmə gələn Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasında məhkəmə çəkişməsi davam edir. Aysel Şükürova Nəsimi rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək. Amma daha çox keçmiş həyat yoldaşının 20 min manat aliment borcunun olduğunu iddia edir.
Bu iddianın əsassız olduğunu deyən Oqtay Əhmədov “Bakufakt.az”-a bildirib ki, övladları onun yanında olduğundan, aliment ödəmədiyini iddiası əsassızdır: “Onsuz da övladlarım mənim yanımdadır, onların bütün xərclərini mən çəkirəm. Övladlarımdan biri mütəmadi olaraq tibbi dəstək alır, ay ərzində bəzən 1500 manata qədər xərc çıxır. Bunu bir ata olaraq ödəmək mənim borcumdur və ödəyirəm. Həftədə bir-iki gün analarının yanına gedirlər, o zaman da anası foto çəkdirib sosial şəbəkələrdə paylaşaraq güya övladlarının qayğısına qaldığı görüntüsü yaradır. Soruşan lazımdır ki, övladlarım mənim yanımda ola-ola 20 min aliment borcum necə yaranıb? Xüsusi ittihamla verdiyi məhkəmədə də ancaq alimentdən danışır. Hətta hakim də bunu ona irad tutub, deyib ki, sən bura alimentə görə gəlmisən, ya xüsusi ittiham qaydasındakı şikayətə görə?”
O bildirib ki, Aysel Şükürova onun barəsində böhtan kampaniyası başladıb, sosial şəbəkələrdə postlar paylaşaraq onu hədəfə alır. Bu isə onun ictimai nüfuzuna ciddi ziyan vurur: “Bir dəfə məhkəmədə əlində heç bir sübut olmadığına görə iş geri qaytarılıb. Hər dəfə də məhkəməyə gələndə guya aliment borcum barədə danışır, əslində isə niyyəti mənim nüfuzuma ziyan vurmaqdır. 5 ildir ki, ayrılmışıq, amma məndən əl çəkmir, hətta təhqir edir, sosial şəbəkələrdə mənim barəmdə doğru olmayan məlumatlar yayır. Övladlarımdan biri daimi mənim yanımdadır, məhkəmə prosesi başlayandan sonra övladlarımdan birini yanına aparıb, indi ondan da mənə qarşı istifadəyə cəhd edir. Həmin övladımı da yanına aparmasının məqsədi guya uşağa baxdığı görüntüsü yaratmaq idi, amma bütün şahidlər övladlarımın ikisinin də məhkəmə başlayana qədər mənim yanımda olduqlarını, onlara mənim baxdığımı bilirlər”.