cəmi̇yyət
Kanalizasiya xətti tutuldu, Binəqədi yolu iflic oldu - FOTO
Binəqədi yolunda bayram günü nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.
"Bakufakt" ın məlumatına görə, ərazidə kanalizasiya quyusunda aparılan işlər səbəbindən yolun əsas hissəsi bağlanıb.
Nəticədə Binəqədi dairəsindən Mehdiabad yolu və Binəqədi şosesi istiqamətində kilometrlərlə uzanan avtomobil sıxlığı yaranıb, sürücülər tıxacda qalıb.
Tıxacın artıq bir saata yaxındır davam etdiyi bildirilir.
Sürücülərin sözlərinə görə, ərazidə hərəkəti tənzimləyən heç bir qurumun əməkdaşı yoxdur.

