KRİMİNAL
Polis 37 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 4-də və 5-də ümumi çəkisi 37 kiloqramdan artıq narkotik vasitə və 1979 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
"Bakufakt.az" bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

