Azad Media Susdurula Bilməz!
Narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb: Aralarında tanınmış vəkil də var
GÜNDƏM

Narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb: Aralarında tanınmış vəkil də var

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

“Bakufakt" xəbər verir ki, saxlanılanlar arasında tanınmış vəkil Orxan Kəngərlinin də adı keçir. Hadisə ilə bağlı ətraflı məlumat əldə etmək üçün hüquq-mühafizə orqanlarının yayacağı rəsmi açıqlama ilə yanaşı, vəkilin özü və ya müdafiəçisi ilə əlaqə saxlamaq cəhdləri davam etdirilir.

Yaxın vaxtlarda əlavə rəsmi məlumatların açıqlanacağı gözlənilir.

IRON MAX AZERBAIAN