Azad Media Susdurula Bilməz!
Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi
KRİMİNAL

Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi

Goranboy rayonunda iki dost arasında dava onlardan birinin ölümü ilə nəticələnib.

Bakufakt.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

1985-ci il təvəllüdlü Elçin Ağayevlə 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Ciddi xəsarət alan Əli Əliyev ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Bir neçə gün koma vəziyyətində qalan Əli Əliyev xəstəxanada ölüb.

Hər iki şəxs qonşu və yaxın dost olub.

IRON MAX AZERBAIAN