Azad Media Susdurula Bilməz!
Dəhşətdir! Adnanı xalq qəhrəmanına çevirənlər də oxusun!
KRİMİNAL

Dəhşətdir! Adnanı xalq qəhrəmanına çevirənlər də oxusun!

Adnan Əhmədzadənin dövlətə xəyanəti və ölkəmizə vurduğu 2 milyard dollar zərər...

Sən demə, Adnan Əhmədzadə Qərbin sanksiya tətbiq etdiyi İran neftini dünya bazarına daşımaqla yüz milyonlarla dollar məbləğində gəlir əldə edib.

Bu prosesdə Əhmədzadənin ofşor zonalarda təsis etdiyi şirkətlərdən istifadə olunub, tankerlərə suyu qiymətinə vurulan İran nefti digər ölkələrin xammalı kimi dünya bazarlarına çıxarılıb və satılıb.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə kimi işbazlara yeni imkanlar açıb. İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək ofşor zonalarda geniş şirkətlər şəbəkəsi yaradıb və saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayıb.

İddia olunur ki, o, bir şirkət vasitəsilə Liviya və Rusiya neftinin daşınmasını və satışını təşkil edib. Bu şirkətin Maltada fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı və Böyük Britaniya hökumətləri araşdırma aparırlar. Analoji araşdırmalar bu yaxınlarda 22.5 min ton Rusiya neftinə həbs qoymuş Albaniyanın hüquq mühafizə orqanları tərəfindən də həyata keçirilir.

Rusiya ilə yaxın əlaqələr onun "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovla xüsusi əlaqələrində də özünü büruzə verir. Əhmədzadənin Bodrumda Vahid Ələkbıərovun ad günündə iştirak etməsi, rusiyalı milyarderə məxsus 108 milyon dollarlıq "Galactica Super Nova" gəmisini öz adına rəsmiləşdirməsi bu əlaqələri aydın göstərən faktlardır.

Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milayrdlar Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmaq üçün tam bir struktur olaraq yetişdirilməsi, formalaşdfırılması ilə nəticələnib. Azərbaycanın iqtisadi təhlükəsizliynə qarşı təxribatda və xüsusilə külli-miqdarda mənimsəmə əməllərində ittiham olunan bu şəxs dünya bazarına ixrac olunan Azərbaycan neftinin xloridlə çirkləndirilməsində ittiham olunur. Sual oluna bilər ki, uzun illər neft daşımaları ilə məşğul olan, bu sahədə kifayət qədər təcrübə qazanmış şəxs neftə xlorid qatılmasının hansı fəlakətli nəticələrə səbəb olacağını bilmirdi? Neft bir yana, bunun boru kəmərlərinə, tankerlərə, zavodlara necə təsir göstərəcəyini düşünmürdü?

İctimai fikir budur ki, Adnan Əhmədzadə Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət edib, Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə vurub. Təxmini hesablamalara görə, çirklənmə səbəbindən “Azəri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib.

Məsələ təkcə maddi itkilərdə deyil. Əhmədazadənin əməli qlobal neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini korlayır. Bu fakt artıq Avropa rəsmilərinin dilindən də səslənir. O baxımdan, Əhmədzadənin Rusiyanın “maxinasiyalarına boyun əyməsi” təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir.

Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı yoxdur. Bu prosesdə böyük bir şəbəkənin iştirakı ehtimalı aydınlaşacaq. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal güclənir. Sövq-təbii olaraq düşünülür ki, Əhmədzadənin arxasında hansısa böyük qüvvələr var. Bütün analizlər “xarici qüvvə” ehtimallarını aparıb Moskvaya çıxarır.

Adnan Əhmədzadənin əməllərinin motivləri, bu cinayətin gətirib çıxardığı nəticələr hələ araşdırılacaq və prosesdə iştirak edən oyunçuların tam ifşa olunacağına heç bir şübhə yoxdur. Amma bu məsələdə maraq doğuran məqam təkcə iqtisadi təxribat deyil, həm də Adnan Əhmədzadənin malik olduğu imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı dezinformasiya fəaliyyətidir. Onun həbsi az qala bütün dünya mediasında əksini tapdı, amma Rusiya mediası bu xəbərə susqun yanaşır. İnternet axtarış sistemləri, o cümlədən Google Rusiya KİV-lərində Adnan Əhmədzadənin həbsi ilə bağlı dərc edilmiş heç bir məlumat göstərmir. Yəni, bu xəbəri bloklanmasını məqsədəmüvafiq biliblər.

Bir sözlə, Adnan Əhmədzadə özünü dövlət içində az qala dövlət kimi görürmüş. Amma hər şeyə görə cavab verəcək!

IRON MAX AZERBAIAN