Azad Media Susdurula Bilməz!
Tiktok istifadəçisi Mansur Adıyev qaziləri aldadaraq pul toplayır – DİN-ə müraciət !
KRİMİNAL

Tiktok istifadəçisi Mansur Adıyev qaziləri aldadaraq pul toplayır – DİN-ə müraciət !

Bakufakt.az xəbər verir ki, TikTok sosial şəbəkəsində "Mansur Adıyev" adı ilə tanınan bir istifadəçi, sosial yardım kampaniyası adı altında qaziləri aldatmaqda ittiham olunur. İddialara görə, bu şəxs qazilərdən 500-1000 AZN aralığında pul tələb edir, daha sonra isə onları bloklayaraq heç bir cavab vermir.

Zərərçəkənlərin bildirdiyinə görə, Mansur Adıyev yardım və dəstək vədi ilə etimad qazanaraq pulları ələ keçirir, lakin sonradan əlaqəni tamamilə kəsir. Bu hal, ictimaiyyətdə haqlı narazılıq və etiraz doğurub.

İnanırıq ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tez bir zamanda araşdırma aparacaq və bu şəxsin qanunsuz əməllərinə qarşı hüquqi tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etdikcə sizə xəbər verəcəyik.

IRON MAX AZERBAIAN