Azad Media Susdurula Bilməz!
Bakıda küçədə adam döyənləri kim gizlədir?
KRİMİNAL

Bakıda küçədə adam döyənləri kim gizlədir?

Bir müddət əvvəl redaksiyamıza müraciət edərək qarşılaşdığı məsələni bölüşən Qədirzadə Gülnar Tahir qızı növbəti dəfə problemlə üzləşib. Belə ki, o və 
qardaşı Qədirzadə Rəvan Tahir oğluna 05.03.2024- cü ildə Bakıda yaşadıqları binanın həyətində 7 nəfər tərəfindən hücum olunub. Şikayətçinin əvvəl bildirdiyinə görə, həmin şəxslər onu döyüb, bədən xəsarətləri yetiriblər. Eyni zamanda,  qardaşını da döyüb 2 qabırğasını sındırıblar. Bundan sonra onların hər ikisi tibbi ekspertizaya müraciət edib, müvafiq tibbi cihazlardan keçib və həkim sənədləri qeyd edilən xəsarətləri təsdiqləyir. Ancaq iş aradırılmalı olsa da, ötən müddət ərzində nəinki obyektiv araşdırma aparılmayıb, hətta şikayətçinin iddiasına görə, 18 -ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsində bütün videogörüntüləri, eləcə də onlara təqdim olunmuş həkim rəyini gizlədilib:
“8 aydır məni aldadıblar ki, guya cinayət işi açılıb. Amma Nərimanov rayon prokurorunun Tural bəy adlı muavini mənə bildirdi ki, işə əsassız şikayət adı ilə xitam verilib”.
Məsələ ilə bağlı ən yuxarı instansiyalara, o cümlədən DİN-ə, Respublika Prokurorluğuna müraciət edən şikayətçi bildirib ki, indiyə qədər işin araşdırılması üçün heç bir əməli addım atılmayıb. 
Məsələni ictimailəşdirərək səsini duyurmağa çalışan şikayətçi işin obyektiv araşdırılmasını, hücum edən və xəsarət yetirən şəxslərin tapılaraq hüquqi məsuliyyətə cəlb olunmasını tələb edir:
“Bu qədər sübutlar və hadisə şahidləri olduğu təqdirdə müstəntiq  deyir ki, get kimə şikayət edirsən et, vecimə deyil”. 
Şikayətçi hadisəni törədən şəxslər kimi Babazadə Telman, Babayev Yadigar, Babayev Həsənin (hər birinin mövqeyini işıqlandırmağa hazırıq-red.) adını çəkib. Ancaq hücum edənlər təkcə onlar olmayıb, iddiaya görə, onların yanında adlarını bilmədikləri daha 4 nəfər də  olub:
“Bu kimi hadisələrin daha da genişlənməməsi üçün kömək xahiş edirəm. Maraqlıdır ki, hadisəni törədənlərdən biri-Babayev Həsən həmin vaxt hərbi xidmətdə olmalı idi. Ancaq hərbi xidmətdə ola- ola  belə bir hadisə törətməyə ona kim imkan yaradıb?”
Şikayətçi bildirib ki,  işə əvvəlcə Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Nərmin Məmmədova baxıb. Onun şikayətindən sonra iş N.Məmmədovadan alınıb və müstəntiq İsmayıl İsmayılova verilib:
“Amma o da məni aldadır, cinayət işi açılmır.  15 gün öncə Bakı Şəhər Baş Polis İdarəsində olduğum zaman  məsələyə yenidən obyektiv baxılması barədə göstəriş verildi.
Buna baxmayaq Nərimanov Rayon Polis İdarəsi heç bir göstərişə məhəl qoymur.
Nərimanov Rayon Polis İdarəsinin müstəntiqləri işin gedişi barədə məruzə etməlidirlər, amma onlar bunu etmirlər.  Hadisənin videogörüntüləri gizlədilir, 18-ci bölmənin tədqiqatçısı Ramiz Pənahov  həmin görüntülərin gizlədilməsində əsas rolu oynayır.Belə ki,Yadigar Babayev dəfələrlə şikayətçi tərəfə əmisinin 18 ci bölmənin rəisi ilə dost olduğunu deyərək hədə qorxu gəlib.
Mən həmin görüntülərin də istintaqa təqdim edilməsini tələb edirəm. Çünki orada hər şey açıq-aydın görünür”.
Qeyd edək ki,Hadisə yerində 4 tərəfdən video müşahidə kamerası var.Kamera görüntülərin gizlədilməsi açıq aşkar hadisənin ört basdır edildiyinin sübutudur.
Şikayətçi bildirib ki, iş obyektiv araşdırılmayacağı təqdirdə ölkə Prezidenti və Birinci vitse-prezidentə müraciət edəcək.

'Bakufakt'  İddialarla bağlı mövzuda adı çəkilən şəxslərin möqeyini taniyir.

 

IRON MAX AZERBAIAN