Azad Media Susdurula Bilməz!
Müsavat itkin düşmüş fəalı öldürülüb
KRİMİNAL

Müsavat itkin düşmüş fəalı öldürülüb

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsinə dair daxil olmuş müraciət üzrə araşdırma aparılıb. 

Nəticədə 1964- ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı, 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən Elsəvər İslamov saxlanılaraq istintaqa təhvil verilib. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Natiq Mehd Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. 

"Bakufakt.az"

Reklam ADS