KRİMİNAL
Şamayı və külmə balığını qanunsuz ovlayan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalının Saatlı rayonu ərazisindən keçən hissəsində, kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.