KRİMİNAL
Bakıda 30 yaşlı kişi qətlə yetirilib
Avqustun 22-də saat 07:00 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Mehrab oğlu Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az