Azad Media Susdurula Bilməz!
Ata-oğul küçədə döyülüblər
KRİMİNAL

Ata-oğul küçədə döyülüblər

Şəmkirdə ata-oğul küçədə döyülüblər.

Hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.

BakuFakt.az

Reklam ADS