Türkiyəli vəkil İbrahim Köşdere "Sonar Farm" işinin Binəqədi Rayon Polis İdarəsində aparılmasını istəmir.
21 milyonluq "SONAR FARM" şirkətinin qanunsuz yollarla ələ keçirilməsi ilə bağlı başladılan hüquqi prosesin gedişində maraqlı vəziyyət ortaya çıxıb. Belə ki, "SONAR FARM"-ın digər şəxsin adına notarial qaydada qanunsuz keçirilməsi ilə bağlı toplanmış bütün materiallar Binəqədi rayon Polis İdarəsinə təqdim edilsə də, cinayət işi açılmasından imtina edilmişdi. Şirkətin əsl sahiblərinin hüquqlarını müdafiə edən türkiyəli vəkil İbrahim Köşdere Baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verilməsini xahiş edib. Bundan sonra Binəqədi rayon Prokurorluğundan Rayon Polis İdarəsinə əlavə araşdırma aparılması üçün məktub göndərilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elnur İsgəndərovun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilib və iş araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.
Belə ki, Elnur İsgəndərv özünün və Mahirə Əsədovanın 51 faiz pay sahibi olduğu “SONAR FARM” şirkərinin hədə-qorxu yolu ilə başqasının adına keçirməyə məcbur qaldığını bildirib. Material Rayon Prokurorluğunda öyrənilərkən, müəyyən edilib ki, Binəqədi rayon Polis İdarəsində işə baxılarkən Cinayət Prosesual Məcəllənin 85.2.5-ci maddəsinin tələbləri pozulub, cinayət təqibi ilə bağlı bütün hallar tam araşdırılamyıb, cinayət işi başlanmasının rədd edilməsinə dair əsassız qərar çıxarılıb, Elnur İsgəndərovun özünün və ailə üzvlərinin hədə-qorxuya məruz qalması, həmin hədə-qorxunun kim tərəfindən hansı hallarda törədildiyi tam aydınlaşdırılmayıb. Şirkətin 51 faiz payının başqa şəxsin adına keçirilməsi ilə bağlı Elnur İsgəndərovla vəkil Əziz Qəmbərli arasında 10 saylı cəzaçəkmə müəssissində görüşlərin olub-olmaması barədə məlumatlar öyrənilməyib, alqı-satqı müqaviləsinin təsdiq olunmuş surəti iş materialına daxil edilməyib.
Bundan başqa, polis idarəsində işin araşdırılması zamanı digər pozuntulara da yol verilib. Belə ki, Elnur İskəndərov şikayətində hədə-qorxu yolu ilə Məzahir adlı şəxs vasitəsilə 1,2 milyon manatın ondan İş düzəltmək adı ilə alınaraq bir hissəsinin Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir adlı şəxsə, digər hissəsinin isə vəkil Əziz Qəmbərliyə verilməsi və həmin vəsaitin də Robert Əyyubova çatdırılması barədə məlumat versə də, bu barədə səs yazıları polis idarəsinə təqdim edilsə də, Samir adlı şəxslə üzləşdirilmə aparılmayıb.
Vəkil bütün bunları nəzərə alaraq, yaxın günlərdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edəcək. O, ümid edir ki, işin halları nəzərə alınaraq, Baş prokuror işi şəxsi nəzarətinə götürəcək, şikayətə rayon prokurorluğunda və ya daha yuxarı instansiyada baxılması barədə qərar veriləcək.
Xatırladaq ki, Azərbaycan dərman bazarında xüsusi çəkiyə malik olan məşhur “Sonar farm” şirkəti qanunsuz yollarla ələ keçirilib. Belə ki, Elnur İskəndərov əslində 21 milyonluq şirkətin hədə-qorxu yolu ilə ondan alındığını bildirib və şirkəti Əyyubov Robert İslam oğlunun adına rəsmiləşdirməyə məcbur qaldığını iddia edib. 50 faiz payı ona, digər 50 faizi isə Mahirə Əsədovaya məxsus olan 21 milyonluq şirkət cəmi 300 min manat müqabilində başqa şəxs tərəfindən ələ keçirilib.
Xatırladaq ki, o, AK Partiyasının Çanaqqala millət vəkili, 2002-ci ildən 2007-ci ilə qədər Türkiyə Böyük Millət Məclisinin və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü olub. İ.Köşderenin yaxın günlərdə ölkəmizə səfər edəcəyi və Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti gözlənilir.
www.bakufakt.az

