Azad Media Susdurula Bilməz!
Kadrlar hər şeyi həll edir:Bəs Azərbaycanda?
hüquq qanun

Kadrlar hər şeyi həll edir:Bəs Azərbaycanda?

Onilliklər boyu dövlətə, xalqa sədaqətlə xidmət etmiş, peşəsini dərindən bilən əməkdaşların kənarda saxlanılması, onların təcrübə və bacarığından istifadə olunmaması xidmətin özünə vurulan ən böyük zərbədir. Bu gün idarəçilikdə əsas problem odur ki, obyektiv və professional kadrların irəli çəkilməsinə maraq göstərilmir, əksinə, onların qarşısına süni maneələr yaradılır.

Halbuki dövlətin və qurumun uğuru məhz həmin peşəkar əməkdaşların zəhməti ilə mümkündür. Ağıllı, savadlı, bacarıqlı, yaltaqlıqdan uzaq insanlar bir çox iş və xidmət sahəsində başqaları üçün təhlükə kimi görülür. Çünki onlar öz mövqelərini şəxsi maraq və saxta yaltaqlıqla yox, bacarıqları, intellekti və əməli işləri ilə qoruyurlar. Belə əməkdaş işlədikcə, səmərəli fəaliyyət göstərdikcə, ondan əvvəl həmin vəzifəni tutanların nə qədər səriştəsiz, faydasız olduqları üzə çıxır.

Məhz bu qorxu onları kənarda saxlamaq istəyənlərin əsas motividir. Nəticədə isə xidmətlərdə inamsızlıq, etibarsızlıq mühiti yaranır. Onlara vaxtında şərait yaradılmadığından, meydan verilmədiyindən, peşəkarlıqları və əməkləri qiymətləndirilmədikcə, neçə-neçə istedadlı, təcrübəli, savadlı əməkdaş ya yoxa çıxır, ya da qarşısına qoyulan şərtlər altında əzilir. Halbuki bu insanlar xidmətə yeni enerji, innovasiya, kreativ yanaşma, məsuliyyət gətirə bilərdilər.
Bugünkü reallıq onu göstərir ki, irəli çəkilənlərin böyük bir hissəsi yalnız şəxsi maraqlar, məddahlıq və yaxınlıq prinsiplərinə görə seçilir. Amma cəmiyyətin, dövlətin gücü məhz bacarıqlı, işgüzar, qürurlu və ləyaqətli zabitlərdən ibarət komandada gizlidir. Əgər biz həqiqətən xidmətin inkişafını, dövlətin güclənməsini istəyiriksə, gərək bacarıqlı, təcrübəli və təmənnasız əməkdaşlara geniş meydan verək.

Onların potensialını boğmaq yox, dəstəkləmək lazımdır. Çünki peşəkarların irəli çəkildiyi yerdə ədalət də, keyfiyyət də, güvən də bərqərar olur.
Necə deyərlər, kadrlar hər şeyi həll edir.

 

BAKUFAKT

IRON MAX AZERBAIAN