Azad Media Susdurula Bilməz!
Arzuxanım  Həsənovanın narkotik istifadəçisi olmağı ilə bağlı xəbərin yeni şok təfərrüatları..
hüquq qanun

Arzuxanım Həsənovanın narkotik istifadəçisi olmağı ilə bağlı xəbərin yeni şok təfərrüatları..

Müğənni qonağı olduğu verilişlərin birində buna açıqlama gətirərək, əslən yeraz olan, lakin hazırda Almaniyada yaşayan iş adamı, vaxtilə eşq yaşadığı Savalan Cəfərovu günahkar bilərək, onun barəsində qalmaqallı açıqlamalar verib: "Savalan Cəfərov özəl iş adamıdır. Çox imkanlı adamdır. 60 -70 obyekti var desəm az olar.Azərbaycanda və xaricdə binaları, şirkətləri, gözəllik salonları, klinikaları var. Savalan Cəfərov məşğul olduğu işlərlə bütün bunları əldə edib. Kasıb bir adamın bu qədər nəyisə olmaz. Sakitləşdirici dərman qəbul edirdim. Bir gün baxdım ki, dərmanım bitib. Savalan mənə dedi ki, öz atdığı dərman var, Almaniyadan gətirib. Heç bir kimyəvi tərkibi yoxdur, bitkisəldir. Onun mənə verdiyi dərmanlardan 3-4 dəfə istifadə elədim. Daha sonra Ağstafadan toydan gələn zaman Xətayi rayon Polis Şöbəsi tərəfindən saxlanıldım. Nə üçün saxlanıldığımı soruşanda mənə bildirdilər ki, narkotik maddədən istifadə edirəm. Dedilər bunu araşdırmalıyıq. Sən demə, polisə bu haqda məlumat verən adam elə mənə dərman verən Savalan imiş". 

Müğənni Arzuxanımın verdiyi açıqlamaya cavab olaraq Almaniyada yaşayan iş adamı Savalan Cəfərov Bakufakt.az vasitəsilə media nümayəndələrinə geniş açıqlama verib: "Mən Almaniyada işləyirəm. Zaman olduqca Vətənə gəlirəm. Az müddət qalıb, sonra yenidən öz işimizə davam edirəm. Bəli, baş verənlərlə bağlı kiçik açıqlama verim ki, mən Arzuxanımı tanıyıram. Onunla yaxın münasibətimiz olub. Bu yaxınlarda həmin xanım bir kanala çıxıb müsahibə verib ki, guya mən ona dərman vermişəm. O dərmandan sonra onun qanında narkotik aşkarlanıb. Birincisi bildirmək istəyirəm ki, 2023-cü il oktyabr ayının 29-da Arzuxanımın mənə xəyanətindən sonra ondan təmamilə ayrılmışam. Onun haqqımda dedikləri böhtandır. Mən belə işlərlə məşğul deyiləm. Arzuxanım 2024- cü ildə narkotikə görə həbs edilib. O xanım həmin vaxtda sintezator ifa edən bir oğlana qoşulub qaçmışdı. Onun da ailəsini dağıtmışdı. Oğlan birtəhər Arzuxanımdan canını qurtardı və ailəsinə qovuşdu. Mən xarici ölkədə çalışıram, ünvanıma şər - böhtan danışır. Mən halal zəhmətimlə pul qazanıram. Şəhid analarına, qazilərimizə,  Almaniyada təhsil alan tələbələrimizə köməklik edirəm. O insanın adını eşitmək istəmirəm. Mən onu sevməmişəm. Biz hüquqi dövlətdə yaşayırıq. Arzuxanımın haqqımda dediyi böhtanla əlaqədar məhkəmədə bu işə hüquqi qiymət veriləcək. Mən məhkəmənin ədalətli olacağına inanıram".

Qeyd edək ki, müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş. O, bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində danışıb.

Müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib. O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb.

Bildirilib ki, Arzuxanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib.

IRON MAX AZERBAIAN