Azad Media Susdurula Bilməz!
“TikTok” istifadəçilərindən nazirə şikayət edildi
hüquq qanun

“TikTok” istifadəçilərindən nazirə şikayət edildi

Redaksiyamız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən Bakı sakini Əmirov Azər  “TikTok” platformasında baş verənlərlə bağlı narazılığını bildirib. O şikayətində bildirib ki, “TikTok” platformasında 3 nəfər müxtəlif vasitələrlə insanların heysiyyatı ilə oynayır, onları təhqir edir və şəxsi həyatlarına müdaxilə edirlər: ““Lalə” adı ilə “TikTok”-a daxil olan Həsənova Zeynəb insanları təhqir edir. Onların ailələrinin fotosunu paylaşır, təhqir edir, söyüşlər söyür, 3-4 ildir ki, belə davam edir. İkinci şəxs Mustafayev Yusif də eyni hərəkətləri edir, şantaj, hədə-qorxu gəlməklə öz məqsədlərinə nail olmaq istəyir. Üçüncü şəxs Pənahova Leyladır. O da Yusiflə yaxın münasibətdədir, eyni hərəkətləri o da təkrarlayır, insanları söyür, təhqir edir, bu hərəkətləri çox sayda insana qarşı edib və bu gün də öz əməllərini davam etdirir”. 
Şikayətçi bildirib ki, özü də daxil olmaqla çox sayda sosial şəbəkə istifadəçisi olan və olmayan şəxslər bu 3 nəfərin heç bir qanuna, əndazəyə sığmayan hərəkətlərindən təsirlənirlər: “Cənab nazir, Sizə müraciət edərək bu hərəkətlərə son qoyulması üçün hüquq-mühafizə orqanlarının köməyini istəyirik. Polisin köməyi olmadan bu şəxslərin təhqirlərə, şantaja son qoymaq fikri yoxdur. İllərdir ki, bu əməlləri davam etdirirlər. Bu şəxslərin əməlləri ilə bağlı hüquqi ölçü gətürülməsini xahiş edirəm”.
“Bakufakt.az”

IRON MAX AZERBAIAN