
Erməni terrorundan dağılan evlərin bərpasına ayrılan pul vətəndaşa niyə çatmır?
Vətən müharibəsinin gedişində erməni terroruna məruz qalan Gəncə şəhərində zədələnən evlərin bərpası üçün ayrılan vəsait təyinatı üzrə xərclənmir. Belə şikayətlə redaksiyamıza əsaslı təmirə ehtiyacı olan belə evlərdən birinin sahibi Bənövşə Adullayeva müraciət edib. O bildirib ki, hadisədən sonra aidiyyəti üzrə dövlət orqanlarının nümayəndələri tərəfindən evə baxış keçirilib, akt tərtib olunub. Ancaq ötən müddət ərzində evlərin bərpası üçün ayrılan vəsait ödənilməyib. Şikayətçi bildirib ki, evin bərpası üçün 90 min AZN ödənilməsi nəzərdə tutulsa da, cəmi 1000 AZN ödənilib.
İddiaya görə, ayrılan dövlət vəsatinin təyinatı üzrə xərclənməməsində Dövlət Şəhərsalma və Arxitektra Komitəsinin Vasif adlı əməkdaşının xüsusi rolu var:”Bizdə olan məlumata görə, dövlətin ayırdığı vəsaitin vətəndaşa çatmamasında adıçəkilən bu şəxsin təlimatı var. Ümid edirəm ki, aidiyyəti orqanlar məsələni araşdıracaq. Vətəndaşa dövlət qayğısının, dəstəyinin qarşısını kəsən hər kəs cəzalandırılacaq”.
#bakufakt Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq